“Reuters” – İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd etdi

10:06, 04.04.2026

İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd etdi, – bu barədə “Reuters” agentliyi İran mediasına istinadən yazır.

Anonim mənbənin mediaya bildirdiyinə görə, İrana təklif aprelin 1-də üçüncü bir ölkə tərəfindən təqdim edilib, lakin mənbə ölkənin adını çəkməyib.

ABŞ bu məsələ ilə bağlı bəyanat yaymayıb.

Bununla yanaşı, “Sky News”un yazdığına görə, İran vasitəçilərə yaxın günlərdə İslamabadda ABŞ-ın rəsmi şəxsləri ilə görüşmək istəmədiyini rəsmi olaraq bildirib.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ölkə yalnız müharibənin tam başa çatmasına razı olacaq, atəşkəsə yox.

Oxşar