“Reuters” – “HƏMAS” Qəzzada atəşkəsə bağlı Stiv Uitkofun təklifi ilə razılaşır
“HƏMAS” ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkofun Qəzzada atəşkəslə bağlı təklifi ilə razılaşır, – bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayır.
“Təklif, “HƏMAS” tərəfindən saxlanılan on sağ israilli girovun iki qrup halında azad olunmasını, atəşin 70 gün müddətinə dayandırılmasını və Qəzzə zolağından qismən geri çəkilməsini əhatə edir”, – mənbə bildirib.
Təklif həmçinin fələstinli məhbusların azad olunmasını da nəzərdə tutur. Hələlik bu mövzu ilə bağlı İsrail tərəfi şərh verməyib.