“Reuters” – Haitidə dəstələrin hücumu nəticəsində azı 30 nəfər həlak olub

21:18, 24.08.2026

Haitinin paytaxtı Port-o-Prens yaxınlığındakı Kenskof rayonunda dəstələrin hücumu nəticəsində azı 30 nəfər həlak olub.

Medianın məlumatına görə, silahlı şəxslər icmaya basqın edib, evləri yandırıb və sakinləri qətlə yetiriblər.

Keneskof merinin bildirdiyinə görə, hücumun arxasında kimin dayandığı hələlik məlum deyil.

“Reuters”in məlumatına görə, son bir neçə il ərzində Kenskofda dəstələr tərəfindən çoxsaylı hücumlar həyata keçirilib. Hüquq müdafiəsi qruplarının bildirdiklərinə görə, şəhərdə kütləvi qətllər, təcavüz və adam qaçırma halları tez-tez baş verir. Onların sözlərinə görə, hücumlar səbəbindən minlərlə insan yaşayış yerini tərk edib.

Nəşrin məlumatına görə, dəstələr Haitinin paytaxtının təxminən 70%-nə nəzarət edir.

Oxşar