"Reuters" Gürcüstan haqqında çəkilmiş video və məqalə dərc edir - "Avropa və Asiyanın kəsişməsində investisiya habı"
Dünyanın nüfuzlu xəbər agentliklərindən biri olan “Reuters” Gürcüstan haqqında video və məqalə dərc edir və bu ölkəni Şərqlə Qərb arasında strateji ticarət habı olaraq adlandırır.
“Reuters”ın obyektivində Gürcüstanda mövcud unikal investisiya və biznes mühiti, sürətli iqtisadi artım göstəriciləri və ölkənin investorlara təklif etdiyi imkanlar göstərilib.
“Reuters”ın çəkiliş qrupuna İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin “Gürcüstanda istehsal et” agentliyi ev sahibliyi edib. Jurnalistlər Baş nazirinin birinci müavini, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə də görüşmək imkanı əldə ediblər və o, jurnalistləri ölkənin uğurlu iqtisadi siyasəti ilə tanış edib. Çəkiliş qrupu müəssisələrə baxış keçirib, Gürcüstanda fəaliyyət göstərən iş adamları ilə tanış olub.
“Gürcüstanın paytaxtı Tbilisi 21-ci əsrin dinamik, müasir biznes mərkəzinə çevrilib. Ölkə bizneslər üçün açıqdır. İnvestorların nikbin olmalarının bir çox səbəbi var. İqtisadi sabitlik onların marağı üçün daha bir mühüm əsasdır – son üç il ərzində orta iqtisadi artım 9,7% təşkil edib ki, bu da iqtisadiyyatın dayanıqlılığını açıq şəkildə ifadə edir”, – videoda deyilib.
“Gürcüstanda istehsal et” agentliyi investisiyaların cəlb edilməsi və ölkənin investisiya mühitinin populyarlaşdırması istiqamətində fəal işləyir. Agentliyin cəlb edilməsi ilə son beş il ərzində cəlb edilmiş investisiya layihələrinin ümumi həcmi altı milyard dollara qədər təşkil edib, bunun nəticəsində on minlərlə yeni iş yeri yaradılacaq.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi “Reuters”in məqaləsi ilə bağlı məlumat yayır.