“Reuters” – “Gazprom” bu gündən etibarən Fransanın ən böyük təbii qaz operatoru olan Engie-yə qaz tədarükünü azaldacaq

13:57, 30.08.2022

 

“Gazprom” bu gündən etibarən Fransanın ən böyük təbii qaz operatoru olan Engie-yə qaz tədarükünü azaldacaq.

“Reuters”in yazdığı üzrə, bu barədə fransız şirkətin bəyanatında qeyd olunub.

Şirkətin açıqlamasında bildirilir ki, qazın nəqli müqavilənin icrası ilə bağlı “Gazprom” və Engie arasında yaranan fikir ayrılıqları səbəbindən məhdudlaşdırılacaq, lakin açıqlamada şirkətlər arasında hansı fikir ayrılıqlarının olduğu qeyd olunmayıb.

Ukraynada Rusiya müharibəsinin başladığı gündən “Gazprom” fransız şirkətinə qaz tədarükünü artıq əhəmiyyətli dərəcədə azaldıb. Cari ayda bu göstərici saatda 1,5 teravat təşkil edib. 2021-ci ildə Rusiya dövlət şirkəti tərəfindən Engie-yə tədarük edilən qazın həcmi saatda 121 teravata çatırdı.

“Gazprom” hələlik bununla bağlı şərh verməyib.

Fransanın energetika naziri daha əvvəl Rusiyanın təbii qazdan müharibə silahı kimi istifadə etdiyini və ölkənin qazın kəsilməsinin ən pis ssenarisinə hazırlaşmalı olduğunu bildirmişdi.

Oxşar