“Reuters” – əsirlərin mübadiləsi nəticəsində 14 ukraynalı hərbçi Ukraynaya qaytarılıb

20:37, 02.09.2022

 
Əsirlərin mübadiləsi nəticəsində 14 ukraynalı hərbçi Ukraynaya qaytarılıb. “Reuters” agentliyi bu barədə Ukraynanın Hərbi Əsirlərin Koordinasiya Mərkəzinə istinadən məlumat yayır.

Mərkəz sərbəst buraxılanların adlarını açıqlamır. “Reuters” agentliyi azad edilənlər arasında bir zabitin və bir tibb işçisinin olduğu barədə məlumat yayır.

Bununla yanaşı, Ukrayna mətbuatı hərbçilərin mayın sonunda ruslar tərəfindən əsir götürüldüyünü yazır.

Oxşar