"Reuters" - Dövlət Departamenti xaricdəki konsulluq nümayəndəliklərinə Harvard Universitetinə səfərlə əlaqəli viza almaq istəyən şəxslərin yoxlanışını sərtləşdiməyi əmrini verib
"Reuters" - Dövlət Departamenti xaricdəki konsulluq nümayəndəliklərinə Harvard Universitetinə səfərlə əlaqəli viza almaq istəyən şəxslərin yoxlanışını sərtləşdiməyi əmrini verib

ABŞ Dövlət Departamenti xaricdəki konsulluq nümayəndəliklərinə göstəriş verib ki, istənilən məqsədlə Harvard Universitetinə səfərlə bağlı viza almaq istəyən şəxslərin yoxlanışını sərtləşdirsinlər. Bu barədə “Reuters” agentliyi Dövlət Departamentinin daxili yazışmalarına istinadən məlumat yayır.

30 may tarixi ilə yazılmış və ABŞ-ın bütün diplomatik və konsulluq nümayəndəliyinə göndərilmiş məktublarda dövlət katibi Marko Rubio istənilən məqsədlə Harvard Universitetinə getməyi planlaşdıran viza müraciətçilərinə əlavə yoxlama aparılması üçün personalı səlahiyyətləndirir.

Həmin göstəriş gələcək potensial tələbələrə, müəllimlərə, əməkdaşlara, podratçılara, dəvət olunmuş məruzəçilərə və turistlərə aiddir.

Məktubda deyilib ki, Harvard Universiteti təhsil müəssisəsində zorakılıqdan və antisemitizmdən azad mühiti qoruyub saxlaya bilməyib. Buna görə də gücləndirilmiş yoxlama konsulluq əməkdaşlarına antisemit təqib və zorakılıq keçmişi olan müraciətçiləri müəyyən etməyə kömək edəcək. Göstəriş həmçinin konsulluq əməkdaşlarına tapşırır ki, əgər müraciətçinin sosial şəbəkə hesabları bağlıdırsa, onu şübhəli hesab etsinlər.