“Reuters” – Donald Trampın sentyabr ayında Pakistana səfər edəcəyi gözlənilir

15:21, 17.07.2025

ABŞ prezidenti Donald Trampın sentyabrda Pakistana səfər edəcəyi gözlənilir. Bu barədə “Reuters” yerli mediaya istinadən məlumat yayır.

Məlumat təsdiqlənərsə, bu, ABŞ prezidentinin 2006-cı ildən sonra Pakistana ilk səfəri olacaq. Corc Buş Pakistana 2006-cı ildə səfər edib.

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Trampın gözlənilən səfəri ilə bağlı məlumatının olmadığını bildirib.

Medianın mənbələrə istinadən yazdığına görə, Tramp daha sonra Hindistana da səfər edəcək.

Oxşar