“Reuters” – Çin Şarl Mişelin Şanxay Ticarət Sərgisinin açılışı üçün hazırlanmış video müraciətini yayımlamayıb

14:46, 08.11.2022

 

Çin hakimiyyəti Avropa Şurasının prezidenti Şarl Mişelin Şanxay Ticarət Sərgisinin açılış mərasimi üçün hazırlanmış video müraciətini yayımlamayıb.

“Reuters” agentliyinin anonim diplomatlara istinadən verdiyi məlumata əsasən, Şarl Mişel əvvəlcədən yazılmış videomüraciətində Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsini tənqid edib və Aİ-nin Çindən ticarət asılılığını azaltmağa çağırıb.

“Reuters”in yaydığı məlumatda bildirilir ki, açılış mərasimində Şarl Mişeldən başqa dünya liderləri və beynəlxalq təşkilatların rəhbərləri də çıxış etməli idilər. Çin prezidenti Si Cinpinin müraciətindən sonra Beynəlxalq Valyuta Fondunun direktorunun, Ümumdünya Ticarət Təşkilatının baş direktorunun, İndoneziya, Şri-Lanka və Belarus prezidentlərinin müraciətləri yayımlanıb.

Oxşar