“Reuters” – Böyük Yeddilik və Avstraliya rus neftinə sabit qiymət tətbiqi barədə razılığa gəliblər

16:32, 04.11.2022

 

Böyük Yeddilik və Avstraliya rus neftinə sabit qiymət tətbiqi barədə razılığa gəliblər. Bu barədə “Reuters” agentliyi məlumat yayır.

KİV-in yaydığı məlumatda da qeyd olunduğu üzrə, koalisiya qiymət tavanının müəyyən ediləcəyi və mütəmadi olaraq nəzərdən keçirilməsi ilə razılaşıb ki, bu da bazarın sabitliyini artıracaq.

“Reuters” agentliyi qiymətin özünün hələ müəyyən edilmədiyini və yaxın zamanlarda bu məsələ ilə bağlı razılıq əldə edilməli olduğunu yazır.

Bununla yanaşı, məlumatda qeyd olunduğu üzrə, qiymətin hər hansı indekslə əlaqələndirilməsi potensial qiymət dalğalanmalarına səbəb olacaqdı.

Xam neftin qiymətinin yuxarı həddi dekabrın 5-dən, neft məhsulları üzrə isə fevralın 5-dən tətbiq edilməlidir.

Oxşar