“Reuters” – “Böyük yeddilik” ölkələri Rusiyanı atəşkəslə razılaşmağa çağırırlar, əks Moskvanı yeni sanksiyalarla hədələyirlər

18:13, 14.03.2025

“Böyük yeddilik” ölkələri Rusiyanı Ukraynadan nümunə götürməyə və atəşkəslə razılaşmağa çağırırlar, əks halda Moskvanı yeni sanksiyalar tətbiq etməklə hədələyirlər.

Bu barədə “Reuters” məlumat yayır.

“Böyük yeddilik” ölkələri Rusiyanı bərabər şərtlərlə atəşkəsə razılaşaraq və onu tam şəkildə həyata keçirərək qarşılıqlı əsasda atəşkəs əldə etmək üçün hərəkət etməyə çağırıb”, – “Böyük yeddilik” ölkələrinin yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda vurğulanıb ki, istənilən atəşkəs razılaşmasına riayət edilməlidir.

“Güclü və etibarlı təhlükəsizlik mexanizmləri lazımdır ki, Ukrayna hər hansı yenilənmiş aktın qarşısını alsın və özünü müdafiə edə bilsin”, – bəyanatda deyilib.

Oxşar