"Reuters" - Belqradda etiraz aksiyası polislə qarşıdurmaya çevrilib, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər
Serbiyanın paytaxtı Belqradda etiraz aksiyası polislə qarşıdurmaya çevrilib, – bu barədə “Reuters” agentliyi məlumat yayır. Medianın məlumatına görə, polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atırdılar və zibil konteynerlərini yandırıblar.
Hökumət əleyhinə keçirilən aksiyada Belqradın mərkəzində bir neçə min insan toplaşıb. Tələbələrin rəhbərliyi ilə keçirilən aksiya iştirakçıları seçkilərin keçirilməsini və islahatların aparılmasını tələb edirdilər.
Serbiyada etiraz aksiyaları 2024-cü ilin dekabrından, Serbiyanın şimalında yerləşən Novi Sad şəhərindəki dəmir yolu vağzalında tağın çökməsi nəticəsində 16 nəfərin həlak olmasından bəri davam edir.