NATO-nun və Rusiyanın generallarının Bakıda keçirilən görüşündə müzakirənin əsas mövzusu Suriya müharibəsi və Avropanın aktual məsələləri olacaq. bu barədə Reuters xəbər verir.
Agentliyin verdiyi məlumata görə, Azərbaycanın paytaxtında, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı rəhbəri, Valeri Qerasimov və NATO-nun Baş Komandanlığı rəhbəri, Kurtis Skaparoti bir-biri ilə görüşəcəklər.
Rusiya mətbuatının məlumatına görə, Qerasimov artıq Bakıdadır.
Hərbi yüksək vəzifəlilər Avropada NATO və Rusiyanın hərbi fəaliyyətindən danışacaqlar.