"Reuters" - Ayətullah Əli Xamenei ABŞ və İsrailin birgə hərbi əməliyyatı zamanı İranda olmayıb
İranın Ali lideri Ayətullah Əli Xamenei ABŞ və İsrailin birgə hərbi əməliyyatı zamanı İranda olmayıb. Bu barədə “Reuters” anonim mənbəyə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Xamenei təhlükəsiz yerə köçürülüb.
Nəşr, İsrail Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən, İrana qarşı əməliyyatın aylardır Vaşinqtonla koordinasiyalı şəkildə planlaşdırıldığı barədə məlumat yayır. Birgə hərbi əməliyyatın başlama tarixinə gəlincə, mənbənin məlumatına görə, tərəflər bu barədə qərarı bir neçə həftə əvvəl veriblər.