"Reuters" - Avstraliyada güclü daşqın nəticəsində ən azı dörd nəfər həlak olub, bir neçə şəhərin xarici dünya ilə əlaqəsi kəsilib
Avstraliyada güclü daşqın nəticəsində azı dörd nəfər həlak olub, bir neçə şəhərin xarici dünya ilə əlaqəsi kəsilib, – bu barədə “Reuters” yazır.
Üç gün əvvəl başlayan güclü yağış minlərlə evi dağıdıb.
Fövqəladə Xidmətlərinin məlumatına görə, təxminən 50.000 insanın xarici dünya ilə əlaqəsi kəsilib. 100-dən çox məktəb bağlanıb.
Ən çox Yeni Cənubi Uels ştatının Hanter və Mid-North Coast bölgələrinin yaşayış məntəqələri zərər görüb. Bəzi əraziyə son 24 saat ərzində dörd aylıq yağıntı düşüb. Çaylar daşıb.
Avstraliyanın baş naziri Entoni Albanes bu gün su basmış şəhərlərə səfər edəcəyini bildirib.
“Bu, olduqca dəhşətlidir. Bu, həqiqətən ciddi bir vəziyyətdir”, – Albanes bildirib.