“Reuters” – Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini altı ay uzadmağa razılaşıblar

15:25, 12.09.2025

Avropa İttifaqına üzv dövlətlər Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyaların altı ay müddətinə uzadılması barədə razılığa gəliblər, – bu barədə məlumatı media Avropa İttifaqına sədrliyi edən Danimarkaya istinadən yayır.

“Reuters”in məlumatına görə, 2500-dən çox Rusiya təşkilatı və fiziki şəxsi Aİ-nin sanksiyalar siyahısına əlavə edilib. Avropa İttifaqının ərazisinə daxil olmaq onlara qadağan edilib.

Nəşrin yazdığına görə, sanksiyaların uzadılması məsələsi tez-tez Avropa İttifaqı ölkələri arasında çıxılmaz vəziyyətə gətirib çıxarır, çünki Macarıstan tez-tez bəzi şəxslərin siyahıdan çıxarılmasını tələb edir. Bu halda isə rəsmi Budapeşt fərqli mövqe bildirməyib.

Avropa İttifaqına üzv ölkələr sanksiyaların hər altı aydan bir uzadılması məsələsini müzakirə edirlər.

Oxşar