“Reuters” – Atəşkəs sazişi ilə bağlı aparılan cari danışıqlar fonunda, İsrailin hücumları nəticəsində Qəzzada üç nəfər həlak olub

23:04, 11.06.2026
A Palestinian Hamas militant keeps guard as Red Cross personnel head towards an area within the so-called "yellow line" to which Israeli troops withdrew under the ceasefire, as Hamas says it continues to search for the bodies of deceased hostages seized during the October 7, 2023, attack on Israel, in Gaza City November 2, 2025. REUTERS/Dawoud Abu Alkas     TPX IMAGES OF THE DAY

Atəşkəs sazişi ilə bağlı aparılan cari danışıqlar fonunda, İsrailin hücumları nəticəsində Qəzzada üç nəfər həlak olub. Bu barədə “Reuters” agentliyi məlumat yayır.

Medianın məlumatına görə, Qəzza şəhərindəki yaşayış evlərindən birinə edilən hücum nəticəsində bir nəfər həlak olub. Mərkəzi Qəzzada həyata keçirilən ayrı-ayrı hücumlar nəticəsində isə iki nəfər həlak olub.

“Reuters” agentliyinin yazdığına görə, paralel olaraq, Misir, Qətər və Türkiyə “HƏMAS” və digər qruplaşmalarla danışıqlar aparır. Əsas məsələ ABŞ prezidenti Donald Trampın planının ikinci mərhələsinin həyata keçirilməsidir. Həmin mərhələ “HƏMAS”ın tərksilah olunmasını və İsrail qüvvələrinin Qəzzadan çıxarılmasını nəzərdə tutur.

“HƏMAS”ın yüksək rütbəli rəsmisi Hüsam Badran danışıqlarda “real irəliləyişin” əldə olunduğunu bəyan edib və vasitəçiləri İsraili atəşkəs şərtlərini pozmağı dayandırmağa məcbur etməyə çağırıb.

Misir mənbələrinin məlumatına görə, danışıqların cari raundu yekun razılaşma əldə olunmadan başa çatıb. Əsas maneə olaraq “HƏMAS”ın tərksilah edilməsi məsələsi qalmaqdadır. Mənbənin məlumatına görə, Fələstin tərəfləri artıq Trampın “Sülh Şurası” tərəfindən təqdim edilən 15 bəndlik planın 14 bəndi barədə razılığa gəliblər.

Fələstin Səhiyyə Nazirliyinin göstəricilərinə görə, atəşkəsin qüvvəyə minməsindən bəri İsrailin zərbələri nəticəsində 950-dən çox insan həlak olub. Öz növbəsində, İsrail bu dövrdə baş verən hücumlar nəticəsində dörd hərbçisini itirdiyini bildirir.

Oxşar