“Reuters” – Ankarada keçirilməsi planlaşdırılan NATO sammitində iştirak etmək istəyən onlarla türk jurnalistin akkreditasiya müraciəti rədd edilib

21:10, 25.06.2026

Onlarla türk jurnalistə Ankarada keçirilməsi planlaşdırılan NATO sammitində iştirak etmək üçün akkreditasiya verilməyib. Bu barədə məlumatı “Reuters” agentliyi yayır.

“Reuters”in məlumatına görə, Türkiyənin müstəqil media orqanları, o cümlədən “Cumhuriyet”, “Sözcü”, “Anka”, “T24” və “Medyascope” iyunun 24 və 25-də NATO-nun onların müxbirlərinin sammitdə iştirak üçün akkreditasiya müraciətlərini rədd etdiyini bildiriblər. Hökumətyönlü “Yeni Şafak” qəzetinin jurnalisti Ersin Çelik isə öz “Instagram” səhifəsində akkreditasiyadan imtina cavabı aldığı barədə post paylaşıb.

“Reuters”in məlumatına görə, NATO jurnalistlərlə bağlı Türkiyənin tövsiyələrinə əsaslandığını bildirir.

Türkiyə 7-8 iyul tarixlərində NATO-nun 32 liderini, həmçinin Fars körfəzi və Asiya-Sakit okean regionundan olan alyans tərəfdaşlarının rəsmi şəxslərini qəbul edəcək.

Oxşar