“Reuters” – Almaniya Ukrayna üçün 50 000 hücum dronunun satın alınmasını maliyyələşdirəcək

17:59, 12.07.2026

Almaniya Ukrayna üçün 50 000 hücum dronunun satın alınmasını maliyyələşdirəcək. Məlumatı “Reuters” məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yayır.

Məlum olduğu kimi, Almaniya Ukrayna üçün “Shrike” dronları satın alacaq. O, ABŞ-ın müdafiə texnologiyaları şirkəti “Auterion”un proqram təminatı ilə təchiz edilib.

“Auterion”un baş direktoru Lorens Meyer müqavilənin həcmini təsdiqləyib və qeyd edib ki, onun dəyəri təxminən 90 milyon avrodur.

“Nəşrin məlumatına görə, bu, müharibə başlayandan bəri Qərb ölkələrinin hökumətləri tərəfindən Kiyev üçün həyata keçirilən ən böyük dron satınalmalarından biridir.

“Reuters”in yazdığına görə, Ukrayna əsasən pilotsuz uçuş aparatlarından asılıdır və hər il milyonlarla dron istehsal edir, çünki Ukrayna qüvvələri hər gün minlərlə drondan istifadə edir.

Oxşar