“Reuters” agentliyinin məlumatında ABŞ Konqresinin Ukrayna və NATO müttəfiqlərinə təcili yardım şəklində 44,9 milyard dollar ayırmağı planlaşdırdığı deyilir
“Reuters” agentliyinin məlumatında ABŞ Konqresinin Ukrayna və NATO müttəfiqlərinə təcili yardım şəklində 44,9 milyard dollar ayırmağı planlaşdırdığı deyilir. Bu vəsait ABŞ Konqresində təqdim olunan və ABŞ hökumətinin 1,7 trilyon dollarla maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsində yer alıb.
“Reuters”in məlumatına əsasən ABŞ Konqresinin hər iki palatasının lideri hökumətin fəaliyyətinə problem yaranmaması üçün layihənin həftə sonuna qədər təsdiqlənməsini və imzalanması üçün ABŞ prezidentinə göndərilməsini istəyir.
“Reuters” həmçinin məlumat yayır ki, qanun layihəsi təsdiq olunmasa, Milad bayramı üçün ABŞ hökumətinin fəaliyyətini müvəqqəti dayandırmaq lazım gələ bilər, sonra isə qanun layihəsinin qəbulu prosesi bir neçə ay davam edəcək mübahisəyə çevrilə bilər, çünki yanvarın 3-dən Nümayəndələr Palatasında çoxluq respublikaçılara ötürüləcək.