"Reuters" agentliyinin məlumatına görə, Pakistan Əfqanıstana hücum edib
Pakistan Əfqanıstana hücum edibMedianın məlumatına görə, Əfqanıstanın Nəngərhar əyalətində baş verən hücumda xəsarət alanlar var, lakin, “Reuters” dəqiq sayın məlum olmadığını yazır.
Pakistanda bildiriblər ki, zərbələr Ramazan ayında kamikadze terroristin partlayıcı ilə yüklənmiş avtomobillə hərbi avtomobil karvanına çırpılmasından və nəticədə iki hərbçinin həlak olmasından sonra Əfqanıstanda fəaliyyət göstərən silahlı qrupların hədəflərinə endirilib.
Pakistanda həmçinin bildirirlər ki, hücumların Əfqanıstandakı liderlərindən və idarəçilərindən əmr alan Pakistan Talibanı tərəfindən həyata keçirildiyinə dair dəlilləri var.