"Reuters" agentliyinin məlumatına görə, dəniz yolu ilə daşınan Rusiya nefti daha 30 gün müddətinə ABŞ sanksiyalarından azad edilib
"Reuters" agentliyinin məlumatına görə, dəniz yolu ilə daşınan Rusiya nefti daha 30 gün müddətinə ABŞ sanksiyalarından azad edilib

ABŞ Maliyyə Nazirliyinin qərarına əsasən, dəniz yolu ilə daşınan Rusiya nefti sanksiyalardan daha 30 gün müddətinə azad edilib. Bu barədə “Reuters” anonim mənbəyə istinadən xəbər verir.

Rusiya neftinin bir hissəsini sanksiyalardan azad edən əvvəlki lisenziyanın müddəti mayın 16-da başa çatıb.

ABŞ Maliyyə Nazirliyi hələlik rəsmi bəyanat verməyib.

Məlumat üçün bildirək ki, Vaşinqton ABŞ və İsrailin İrana qarşı müharibəsi səbəbindən başlayan yanacaq böhranı fonunda Rusiya neftinə tətbiq edilən sanksiyaları yumşaldıb.
ABŞ-ın üçüncü ölkələrin Rusiya neftini almasına icazə verən müddət artıq ikinci dəfədir ki, uzadılıb.