“Reuters” agentliyinin məlumatına əsasən, Rusiya Hindistandan avtomobil, təyyarə və qatarların ehtiyat hissələri ilə bağlı yardım istəyir

16:08, 29.11.2022

 
“Reuters” agentliyinin məlumatına görə, Rusiya Hindistandan avtomobil, təyyarə və qatarların ehtiyat hissələri ilə bağlı yardım istəyir. Agentlik tərəfindən verilən məlumatda sanksiyalara görə Rusiyanın həyati əhəmiyyətli sektorların həyat qabiliyyətini saxlamaq üçün lazım olan ehtiyat hissələrinin çatışmazlığını yaşadığı deyilir.

“Reuters” agentliyinin mənbəsi Moskvanın artıq Hindistana ehtiyac duyduğu hissələrin siyahısını göndərdiyini bildirib. Söhbət, təxminən 500 müxtəlif hissədən gedir. Bu siyahıya təyyarələr, avtomobillər və qatarlar üçün ehtiyat hissələri, həmçinin kağız və toxuculuq istehsalı üçün lazım olan material və avadanlıqlar daxildir.

“Reuters”in məlumatında bildirilir ki, Hindistan hökuməti Rusiyaya hansı hissələri və hansı həcmdə göndərilməsinə razılıq verəcəyini hələ dəqiqləşdirə bilmir.

Oxşar