“Reuters” — Ağ Evdə bildirirlər ki, Donald Tramp və onun komandası Qrenlandiyanın satın alınmasının müxtəlif variantlarını müzakirə edirlər, bu variantlar arasında silahlı qüvvələrin tətbiqi də yer alır
“Reuters” — Ağ Evdə bildirirlər ki, Donald Tramp və onun komandası Qrenlandiyanın satın alınmasının müxtəlif variantlarını müzakirə edirlər, bu variantlar arasında silahlı qüvvələrin tətbiqi də yer alır

ABŞ-ın prezidenti Donald Tramp və onun komandası Qrenlandiyanın alınması üçün müxtəlif variantları müzakirə edirlər — bu barədə Ağ Ev “Reuters” agentliyinə bildirib.

Ağ Evin məlumatına görə, variantlardan biri olaraq silahlı qüvvələrin cəlb edilməsi də nəzərdən keçirilir.

“Prezident Tramp açıq və aydın şəkildə bəyan edib ki, Qrenlandiyanın alınması ABŞ-ın milli təhlükəsizlik prioritetidir və bu, Arktika bölgəsində rəqiblərimizin qarşısını almaq üçün zəruridir. Prezident və onun komandası bu vacib xarici siyasət məqsədinə çatmaq üçün bir sıra variantları nəzərdən keçirir və əlbəttə, ABŞ Silahlı Qüvvələrindən istifadə etmək hər zaman Ali Baş Komandanın ixtiyarında olan bir seçimdir”, – Ağ Evdə bildiriblər.

“Reuters”in yazdığına görə, Qrenlandiya üzərində nəzarətin təmin edilməsi variantları arasında həmçinin adanın satın alınması da yer alır. Bununla yanaşı, NATO-nun digər liderlərinin etirazına baxmayaraq, Tramp geri çəkilmək niyyətində deyil və məqsədə məhz öz prezidentliyi dövründə nail olmaq istəyir.