ABŞ Yaxın Şərqə əlavə hərbi gəmi göndərir, – bu barədə “Reuters” yazır.
ABŞ-ın rəsmi şəxsi “Reuters”ə bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri İranla artan gərginlik fonunda Yaxın Şərqə əlavə hərbi gəmi göndərmək qərarı qəbul edib.
Rəsmi şəxs, media ilə anonimlik şərti ilə danışıb və bildirib ki, USS Delbert D. Black gəmisı son 48 saat ərzində bölgəyə daxil olub. Onun dediyinə görə, bununla Yaxın Şərqdəki qırıcıların sayı altıya gədər yüksəlib, bir təyyarədaşıyan gəmi və üç digər sahil döyüş gəmisi ilə birlikdə.
Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə bildirib ki, İran hökuməti etirazçılara qarşı zorakılığını dayandırmasa, İrana zərbə endirəcək.