“Reuters” – İran nüvə silahının istehsalı və əldə edilməsinə dair ABŞ-la razılaşma layihəsinin şərtləri ilə razılaşıb
İran nüvə silahının istehsalı və əldə edilməsi barədə İran liderləri ilə ABŞ arasında qarşılıqlı anlaşma memorandumu layihəsinin şərtləri ilə razılaşıb, – bu barədə “Reuters” agentliyinə iranlı yüksək rütbəli rəsmi şəxs bildirib.
Kimliyi açıqlanmayan mənbənin sözlərinə görə, əlavə detallar ilkin razılaşma əldə edildikdən sonra 60 gün ərzində müzakirə ediləcək.
Yüksək rütbəli rəsmi şəxsin məlumatına görə, ABŞ İran neftinə qarşı sanksiyaları məhdud müddətə ləğv etməyə razılaşıb. Bununla yanaşı, Vaşinqton və Tehran arasında əldə olunmuş razılaşma Hörmüz boğazının açılmasını da əhatə edir.
“Reuters” həmçinin xəbər verir ki, iranlı məmurun sözlərinə görə, razılaşma layihəsi ABŞ tərəfindən İranın dondurulmuş 25 milyard dollar dəyərindəki aktivlərinin sərbəst buraxılmasını da əhatə edir.
Bununla yanaşı, bir qədər əvvəl Qətər rəsmilərinin danışıqlar aparmaq üçün bu gün Tehranda olduqları məlum olub.
Medianın məlumatına görə, Vaşinqton və Tehran razılığa gələcəkləri təqdirdə, onun ABŞ və İran rəsmilərinin üzbəüz görüşündə deyil, elektron formada imzalanacağı gözlənilir.