"Reuters" - ABŞ Ukraynanı sülh razılaşmasına məcbur etmək üçün kəşfiyyat məlumatlarının və silahların verilməsini dayandırmaqla hədələyir
"Reuters" - ABŞ Ukraynanı sülh razılaşmasına məcbur etmək üçün kəşfiyyat məlumatlarının və silahların verilməsini dayandırmaqla hədələyir

ABŞ Ukraynanı sülh razılaşmasına məcbur etmək üçün kəşfiyyat məlumatlarının və silahların verilməsini dayandırmaqla hədələyir, – bu barədə “Reuters” məlumat yayır.

Anonim mənbələrin məlumatına görə, Vaşinqton tərəfindən Kiyevə əvvəlki sülh danışıqları ilə müqayisədə daha böyük təzyiq göstərilib və ABŞ istəyir ki, Ukrayna razılaşmanın çərçivə sənədinə növbəti cümə axşamı imza atsın.

ABŞ-ın yüksək rütbəli hərbi rəsmi şəxslərdən ibarət nümayəndə heyəti Kiyevdə prezident Volodimir Zelenski ilə görüşüb. ABŞ-ın Ukraynadakı səfiri görüşü uğurlu adlandırıb. “Reuters”in məlumatına görə, Vaşinqton ABŞ ilə Ukrayna arasında sənədin imzalanması üçün “aqressiv müddətlər” təyin etməyə çalışırdı.