"Reuters" - ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılıq verib
ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılıq verib. Bu barədə “Reuters” agentliyi anonim mənbəyə istinadən məlumat yayır.
Medianın məlumatına görə, şəxsiyyəti açıqlanmayan iranlı yüksək vəzifəli şəxs ABŞ-ın bu addımının danışıqlar baxımından ciddi bir addım olduğunu bildirib.
ABŞ hazırkı mərhələdə bu məsələ ilə bağlı heç bir şərh verməyib.
Məlumat üçün bildirək ki, İran müharibənin dayandırılması ilə bağlı danışıqlara başlamaq üçün dondurulmuş aktivlərin azad olunmasını şərt kimi irəli sürüb.