"Reuters" - ABŞ İran dronlarına qarşı mübarizə aparmaq üçün Ukrayna texnologiyasından istifadə etməyə başlayıb
"Reuters" - ABŞ İran dronlarına qarşı mübarizə aparmaq üçün Ukrayna texnologiyasından istifadə etməyə başlayıb

ABŞ İran dronlarına qarşı mübarizə aparmaq üçün Ukrayna texnologiyasından istifadə etməyə başlayıb, – bu barədə “Reuters” agentliyi yazır.

Məsələ ilə bağlı beş mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanında yerləşən ABŞ-ın əsas hava bazasında Ukraynanın Sky Map platforması fəaliyyətə başlayıb. Sistem daxil olan dronların aşkar edilməsi, təhlükələrin xəritədə göstərilməsi və cavab hücumlarının koordinasiyası üçün istifadə olunur.

“Reuters” agentliyinin yazdığına görə, Ukrayna hərbi mütəxəssisləri Amerika hərbçilərinə Sky Map-dan necə istifadə etməyi öyrətmək üçün Amerika bazasına gəliblər.

Nəşrin yazdığına görə, Sky Map artıq Ukraynada İran istehsalı olan “Şahed” dronlarına qarşı istifadə olunub; həmin dronlardan Rusiya istifadə edirdi. İndi isə eyni texnologiya Amerika bazasını qorumaq üçün istifadə olunur.