“Reuters” – ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımının növbəti paketinə dörd ədəd “Himars” sistemi daxil ediləcək

10:33, 04.10.2022

 

ABŞ-ın Ukraynaya növbəti təhlükəsizlik yardımı paketində dörd ədəd “Himars” sistemi, döyüş sursatı, minalar və minadan qorunan texnika nəzərdə tutulacaq- bu barədə “Reuters” yazır.

Nəşrin mənbələrə istinadən verdiyi məlumata görə, söhbət 625 milyon dollar həcmində paketdən gedir.

Bu barədə ehtimal ki, çərşənbə axşamı rəsmi açıqlama veriləcək. Bu, Rusiyanın Ukraynanın daha dörd bölgəsini ilhaq etməsindən sonra ilk yardım paketi olacaq.

Oxşar