"Reuters" - ABŞ-ın sərhəd zabitləri Oreqon ştatının Portland şəhərində yol hərəkətini dayandırarkən bir kişi və bir qadını yaralayıblar
ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasəti fonunda gərginlik artır, – bu barədə “Reuters” agentliyi yazır.
Nəşrin məlumatına görə, ABŞ sərhəd zabitləri Oreqon ştatının Portland şəhərində yol hərəkətini dayandırarkən bir kişi və bir qadını yaralayıblar.
Minneapolisdə keçirilmiş əməliyyat zamanı bir qadının ölümündən və Portlandda yaralanmadan sonra Demokrat merlər və qubernatorlar Tramp administrasiyasından, əsasən Demokratlar tərəfindən idarə olunan şəhərlərdə yerləşdirilmiş federal zabitlərin çıxarılmasını tələb ediblər.
Məlumat üçün bildirək ki, ABŞ-ın şəhərlərində vəziyyət Minneapolisdə keçirilmiş əməliyyat zamanı Miqrasiya və Gömrük Xidməti (ICE) agentinin avtomobildə olan bir qadını vuraraq öldürməsindən sonra gərginləşib. Hadisə ilə əlaqədar Minneapolisdə etiraz aksiyası keçirilib və hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərə qarşı kimyəvi maddələrdən istifadə ediblər. Yayılan məlumata görə, bundan əvvəl federal agentlər etirazçıların bir hissəsinə qarşı bibər spreyindən istifadə ediblər.