“Reuters” – ABŞ-nin hərbi təyyarəsi Moskvaya enib, Kreml məsələ ilə bağlı məlumata malik olmadıqlarını bildirir

18:13, 25.08.2026

ABŞ-nin hərbi təyyarəsi Moskvaya enib.

Flightradar24-ün məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17A Globemaster III nəqliyyat təyyarəsi bu gün Rusiyaya Latviyanın paytaxtı Riqadan havalanıb. Ondan əvvəl isə Amerikanın hərbi-nəqliyyat təyyarəsi Vaşinqton yaxınlığındakı Endrius aviabazasından havaya qalxıb, daha sonra Latviyanın paytaxtı Riqada dayanıb və sonda Moskvaya eniş edib.

“Reuters”in məlumatına görə, bir sıra ölkələrin hava qüvvələrinin istifadə etdiyi bu tip təyyarələr yük və ya sərnişin daşıya bilir və bəzən diplomatik heyətin daşınması üçün də istifadə olunur.

Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı jurnalistlərə belə bir məlumata malik olmadığını bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə Moskvada amerikalı diplomatları gözləmirlər.

Oxşar