"Reuters" - ABŞ ilə qarşılıqlı anlaşma memorandumu çərçivəsində Tehran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsinə razı olmayıb
"Reuters" - ABŞ ilə qarşılıqlı anlaşma memorandumu çərçivəsində Tehran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsinə razı olmayıb

ABŞ ilə qarşılıqlı anlaşma memorandumu çərçivəsində Tehran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsinə razı olmayıb, – bu barədə “Reuters” agentliyi iranlı yüksək rütbəli rəsmi şəxsə istinadən məlumat yayır.

Mənbənin məlumatına görə, İranın nüvə məsələsi ABŞ ilə əldə edilən ilkin razılaşmanın bir hissəsi olmayıb.

“Nüvə məsələsi yekun razılaşma üzrə danışıqlar zamanı müzakirə oluncaq. Müvafiq olaraq, bu, mövcud razılaşmanın bir hissəsi deyil. İranın yüksək zənginləşdirilmiş uran ehtiyatının ölkədən çıxarılması ilə bağlı heç bir razılaşma mövcud deyil”, – Mənbə “Reuters” agentliyinə bildirib.