“Reuters” – ABŞ HAWK hava hücumundan müdafiə sisteminin Ukraynaya tədarükü məsələsini müzakirə edir

12:13, 25.10.2022

 

ABŞ HAWK hava hücumundan müdafiə sisteminin Ukraynaya tədarükü məsələsini müzakirə edir. Bu barədə “Reuters” agentliyi anonim iki mənbəyə istinadən xəbər verir.

Bu sistemlə Ukrayna özünü raket və dron hücumlarından qoruya biləcək.

Prezident Co Bayden oktyabrın 10-da Ukraynaya qarşı həyata keçirilmiş irimiqyaslı raket hücumlarından sonra qabaqcıl hava hücumundan müdafiə sistemlərinin Ukraynaya tədarükünə söz verib. Bu mərhələdə nə qədər HAWK sisteminin tədarük ediləcəyi bilinmir.

Oxşar