“Reuters” – ABŞ Dövlət Departamentində Ukraynaya qarşı genişmiqyaslı hücumun yenilənməsi ilə bağlı Rusiya rəhbərliyində fərqli mövqelərin olduğunu bildirirlər
ABŞ Dövlət Departamentində Ukraynaya qarşı genişmiqyaslı hücumun yenilənməsi ilə bağlı Rusiya rəhbərliyində fərqli mövqelərin olduğunu bildirirlər.
Bu barədə “Reuters” yazır.
Agentlikdən verilən məlumatda bildirilir ki, Vaşinqtonda ABŞ-ın hadisələrin istənilən ssenaridə inkişafına baxmayaraq, Kiyevi dəstəkləməyə davam ediləcəyini açıqlayırlar.
“Aydındır ki, Rusiyada bəziləri var ki, mənim fikrimcə, Ukraynaya hücumun davam etdirilməsinin tərəfdarıdır, lakin Rusiyanın yeni hücuma başlaya biləcəyi ilə bağlı real sualları olanlar da var” – deyə ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi “Reuters”ə danışarkən açıqlayıb.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin komandanı ötən həftə “The Economist” nəşrinə müsahibəsində Rusiyanın Ukraynaya şərqdən, cənubdan və hətta Belarusdan hücumu bərpa etmək üçün 200 min əsgər hazırladığını və bu hücumun yanvar və ya yazda başlaya biləcəyini açıqlamışdı.