"Reuters" - ABŞ Avropada yerləşdirilmiş hərbi kontingentinin bir hissəsinin çıxarılmasını sürətləndirməyi planlaşdırır, ABŞ müvafiq təklifləri iyun ayında NATO müttəfiqlərinə təqdim edəcək
"Reuters" - ABŞ Avropada yerləşdirilmiş hərbi kontingentinin bir hissəsinin çıxarılmasını sürətləndirməyi planlaşdırır, ABŞ müvafiq təklifləri iyun ayında NATO müttəfiqlərinə təqdim edəcək

ABŞ Avropada yerləşdirilmiş hərbi kontingentinin bir hissəsinin çıxarılmasını sürətləndirməyi planlaşdırır, – bu barədə “Reuters” agentliyi alman nəşrinə istinadən yazır.

Medianın məlumatına görə, ABŞ gələn ay NATO müttəfiqlərinə müvafiq təkliflər təqdim edəcək.

Alman qəzetinin məlumatına görə, bu prosesin nə qədər sürətləndiriləcəyi və dəyişikliklərin hansı hərbi bazalara təsir göstərəcəyi hələlik məlum deyil.

Pentaqon bu məsələ ilə bağlı bəyanat yaymayıb.

Məlumat üçün bildirək ki, hazırda Almaniyada təxminən 35 000 amerikalı hərbçi xidmət edir və bu, ABŞ-ın Avropadakı ən böyük hərbi kontingentidir. Bununla yanaşı, ABŞ-ın müdafiə naziri Pit Heqsetin əmrinə əsasən, 5 000 amerikalı əsgərin Almaniyadan çıxarılması prosesi 6-12 ay ərzində başa çatacaq.