“Reuters” – Ərdoğan bildirir ki, Ankarada Rusiya və ABŞ nümayəndələrinin arasında baş tutan danışıqlardan sonra heç bir tərəfin nüvə silahından istifadə etməyəcəyi bildirilib

18:42, 17.11.2022

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftənin əvvəlində Ankarada Rusiya və ABŞ nümayəndələri arasında keçirilən danışıqlardan sonra heç bir tərəfin nüvə silahından istifadə etməyəcəyi ilə bağlı ona məlumat verildiyini bildirir. Müvafiq məlumatı “Reuters” agentliyi yayır.

G20 zirvə toplantısından Türkiyəyə qayıdarkən verdiyi açıqlamada Ərdoğan qeyd edib ki, yeni dünya müharibəsinin qarşısını almaq üçün Rusiya və ABŞ arasında görüşlər tez-tez keçirilməlidir.

Bazar ertəsi ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Uilyam Berns Ankarada Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narişkinlə görüşüb.

Oxşar