Rejissor Davit Sixarulidze vəfat edib

22:02, 21.04.2025

Gürcü rejissor, rəssam və animator Davit Sixarulidze 71 yaşında vəfat edib. Bu barədə Gürcüstan Milli Kino Mərkəzi məlumat yayır.

“Rejissorun yaradıcılığı Gürcüstan animasiya tarixində özünəməxsus yer tutur. 1984-cü ildə o, Kann Beynəlxalq Film Festivalında “Vəba” adlı qısametrajlı animasiya filminə görə “Qızıl Palma” ilə mükafatlandırılıb.

“Gürcüstan Milli Kinematoqrafiya Mərkəzi Davit Sixarulidzenin vəfatından məyus olduğunu bildirir və ailəsinin kədərini bölüşür”, – deyə yayılan məlumatda deyilib.

Oxşar