Rəcəb Tayyib Ərdoğan Qərbi Rusiyaya qarşı təxribata əsaslanan siyasətdə ittiham edir

18:02, 07.09.2022

 

Rəcəb Tayyib Ərdoğan Qərbi Rusiyaya qarşı təxribata əsaslanan siyasətdə ittiham edir. Türk mətbuatı ölkə prezidentinin Serbiya prezidenti ilə birgə Belqradda keçirilən mətbuat konfransında bu barədə açıqlama verdiyini bildirir.

“Açıq deyə bilərəm ki, Qərbin yanaşmasını düzgün hesab etmirəm, çünki Qərb təxribata əsaslanan siyasət yürüdür”- deyə Ərdoğan bildirib.

Ərdoğan Rusiya-Ukrayna arasında müharibənin tezliklə bitəcəyinin hələlik görünmədiyini bildirir.

“Rusiyanı qeyri-müvafiq şəkildə qiymətləndirənlərə demək istəyirəm ki, siz səhv edirsiniz. Rusiya qeyri-müvafiq şəkildə qiymətləndiriləcək bir ölkə deyil”-deyə Türkiyə prezidenti bildirib.

Bununla yanaşı, Ərdoğan Rusiya ilə Ukrayna arasında münaqişənin həlli istiqamətində Ankaranın balanslaşdırılmış siyasətini bir daha təsdiqləyib.

Oxşar