Rəcəb Tayyib Ərdoğan – Öz adımdan və millətim adından Vatikan dövlətinə və katolik dünyasına başsağlığı verirəm
“Öz adımdan və millətim adından mərhumun ailəsinə, Vatikan dövlətinə və katolik dünyasına dərin hüznlə başsağlığı verirəm”, – bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə yazır.
“Katolik dünyasının ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin vəfatını kədərlə öyrəndim. Hörmətli dövlət xadimi Papa Fransisk həmçinin, ruhani lider idi, o, müxtəlif inanc qrupları arasında dialoqu vurğulayan və humanitar faciələr, xüsusilə Fələstin məsələsi və Qəzzadakı soyqırım qarşısında təşəbbüs göstərirdi. Öz adımdan və millətim adından Vatikan dövlətinə və katolik dünyasına dərin hüznlə başsağlığı verirəm”, – Ərdoğan yazıb.
Roma Papası Fransisk 88 yaşında dünyasını dəyişib.
Kardinal Xorxe Mario Berqolio 2013-cü ilin martında Papa XVI Benediktin istefasından sonra katolik kilsəsinin lideri seçilib. O, ilk Latın amerikalı Cizvit papa və kilsə tarixindəki ən yaşlı papalardan biri idi.