Rəcəb Tayyib Ərdoğan – məqsədimiz Türkiyədə Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etməkdir
Məqsədimiz Türkiyədə Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etməkdir- bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti ilə keçirilən görüşdən sonra bildirib.
Türkiyə prezidenti çıxışı zamanı Rusiya-Ukrayna müharibəsi mövzusuna toxunub. Ərdoğan Türkiyənin Ukraynada müharibənin başa çatması və davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirdiyini bildirib.
“Məqsədimiz Türkiyədə Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etməkdir” – deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti “taxıl dəhlizi”nin bütün dünya üçün əhəmiyyətini də vurğulayıb və qeyd edib ki, Qara dəniz limanlarından tədarükün bərpası sayəsində dünya əhalisinin demək olar ki, 30 faizi yenidən bu regiondan ərzaq məhsulları əldə edib.