Rəcəb Tayyib Ərdoğan – Azərbaycanın Tehrandakı səfirliyinə edilən dəhşətli hücumu qətiyyətlə qınayıram, Türkiyə dost və qardaş Azərbaycanın yanındadır

17:58, 27.01.2023

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qınayır.

Prezidentin sosial şəbəkədə yazdığı kimi, Türkiyə dost və qardaş Azərbaycanın yanındadır.

“Azərbaycanın Tehrandakı səfirliyində bir mühafizə əməkdaşının həlak olduğu hücumu şiddətlə qınayıram. Azərbaycanlı qardaş və bacılarımıza başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayıram. Türkiyə dost və qardaş Azərbaycanın yanındadır” – deyə Ərdoğan açıqlayıb.

Azərbaycanın İrandakı səfirliyinə hücum olub. Hadisə nəticəsində bir nəfər həlak olub.

Oxşar