Rəcəb Tayyib Ərdoğan – ATƏT və ya Aİ-yi Cəbrayıla gəlməyib, çünki Qərbin işğal prosesinə dəstək verməklə Qarabağa nələr etdiyini görəcəklər, təzminat tələb etmək və onları dalana dirəmək lazımdır

22:27, 20.10.2022

 

Ermənistan tərəfindən işğal dövründə Qarabağ bölgəsinin məhv edilməsi beynəlxalq məhkəməyə verilməlidir -bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı açıqlayıb.

Zəngilan Hava Limanının açılış mərasimindən sonra Ərdoğan bildirib ki, Qarabağın inkişaf planı çərçivəsində başda kənd təsərrüfatı, “yaşıl enerji” və “ağıllı şəhərlər” olmaqla, bütün layihələrdə Türkiyə Azərbaycanın yanında olmağa hazırdır.

Azərbaycanın planına əsasən, Azərbaycanla Naxçıvan Muxtar Vilayətini Ermənistandan keçməklə birləşdirməli olan Zəngəzur dəhlizinin açılmasına gəlincə, Ərdoğan bildirib ki “qorxuya ehtiyac yoxdur” .

“İndi sağıma, soluma baxıram, işğal dövründə Cəbrayılı nə hala salmışlar. Əliyevdən soruşdum, dedim, ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər.Təzminat istəyərək onları dalana dirəmək lazımdır. Dünya Qərbi çox yaxşı tanımalıdır.Zəngəzur yolu bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək” – deyə Ərdoğan bildirib.

Oxşar