Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə sonuncu dəfə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb
Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə sonuncu dəfə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb. Bu barədə bəyanatı Türkiyənin lideri Samsun şəhərinə səfəri zamanı verib.
“2023-cü ildə xalqımızın dəstəyi və son dəfə adımıza aldığımız güclə türk əsrinin quruculuğuna başlayacağımıza ümid edirəm” – deyə Ərdoğan açıqlayıb.
Türkiyə prezidenti daha sonra estafeti gənclərə ötürəcəyini söyləyib.
Ərdoğan çıxışında hakim Ədalət və İnkişaf Partiyasının Türkiyəni dünya səhnəsində aparıcı oyunçuya çevirdiyini bildirib.