Rəcəb Tayyib Ərdoğan bəyan edir ki, tanınmış ərəb jurnalisti, Camal Xaşoqinin yoxa çıxmasının istintaqına şəxsən nəzarət edir
Rəcəb Tayyib Ərdoğan bəyan edir ki, tanınmış ərəb jurnalisti, Camal Xaşoqinin yoxa çıxmasının istintaqına şəxsən nəzarət edir

Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan bəyan edir ki, tanınmış ərəb jurnalisti, Camal Xaşoqinin yoxa çıxmasının istintaqına şəxsən nəzarət edir. Bu barədə “Hurriyet daily news” türk nəşri yazır.

Türkiyə lideri Camal Xaşoqini jurnalist və dostu adlandırdı.

“Hər nə aydınlaşdırılsa, bunu dünyaya bildirən ilk biz olacağıq”, – Türkiyə prezidenti qeyd etdi. O, həmçinin təəssüfləndiyini bildirdi ki, bu hadisə Türkiyədə baş verdi. Türkiyə prezidenti bəyan etdi ki, müstəndiqlər hazırda kamera yazılarını öyrənirlər.

Türkiyə hökuməti nümayəndələri az öncə bəyan etdilər ki, güman edildiyinə görə, Camal Xaşoqini qətlə yetirdilər.

Xaşoqini sonuncu dəfə Səudiyyə Ərabistanı konsulluğunda çərşənbə axşamı gördülər. Türkiyə hökuməti nümayəndələrinin BBC-ə bəyan etdiklərinə görə, ilkin araşdırmanın məlumatına əsasən onu konsulluqda öldürdülər. Səudiyyə Ərabistanı ittihamları rədd edir və bəyan edir ki, jurnalistin axtarışı üzərində işləyir.

Camal Xaşoqi “Washington Post” nəşri ilə əməkdaşlıq edirdi. O, Səudiyyə Ərabistanı konsulluğuna oktyabrın 2-də, əvvəlki həyat yoldaşı ilə boşanma haqqında arayışın götürülməsi üçün getdi, çünki türk nişanlısı ilə evlənməyi planlaşdırırdı.

Xaqoşinin nişanlısı bəyan edir ki, onu konsulluğun önündə 11 saat ərzində gözləyirdi, lakin Xaqoşi oradan çıxmayıb.

Camal Xaşoqi Səudiyyə Ərabistanı hakimiyyətinə qarşı tənqidi məqalələrlə tanınmışdır.