Rəcəb Tayyib Ərdoğan müsəlman ölkələrinin liderlərini Qəzzada davam edən müharibə ilə bağlı zirvə toplantısı keçirməyə çağırır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman ölkələrinin liderlərini Qəzzada davam edən müharibə ilə bağlı sammit keçirməyə çağırır, – bu barədə “Reuters” yazır.
Nəşrin məlumatına görə, Türkiyə prezidenti İslam Əməkdaşlıq Təşkilatını Qəzzada davam edən müharibə və “İsrailin Qüdsə qarşı həyata keçirdiyi hücumlarını” müzakirə etmək üçün fövqəladə sammit çağırmağa çağırıb.
“Qüds məsələsi ilə məşğul olmaq vəzifəsi olan İslam Əməkdaşlıq Təşkilatının bu hücumlara biganə qalması ağlasığmazdır. Təşkilatın mümkün olduğu qədər tez görüşməsi lazımdır”, – deyə Ərdoğan bildirib.
Onun söylədiyinə görə, Türkiyə ötən həftə İordan çayının qərb sahilində yəhudi məskənlərinə qarşı keçirilən etiraz aksiyası zamanı öldürülən Türkiyə və ABŞ-ın ikili vətəndaşı olan Aizenur Ezgi Eginin qətli ilə bağlı Haaqa Məhkəməsinə müraciət edəcək.
“Soyqırımı törədən İsrail rəhbərliyi mütləq cavab verəcək”, – Ərdoğan qeyd edib.
İslam Əməkdaşlıq Təşkilatı 57 üzv dövlətdən ibarətdir. Onların arasında Türkiyə, Azərbaycan, Misir, İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı var.