Rəcəb Tayyib Ərdoğan – İsrail gec-tez bir ildir həyata keçirdiyi soyqırıma görə bədəl ödəyəcək, Bəşəriyyətin Ümumi Alyansının Hitleri dayandırdığı kimi, həmçinin, Netanyahuyu da dayandıracaqlar
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzadakı “soyqırım”a görə bədəl ödəyəcəyinə söz verir.
“Unutmamalıyıq ki, İsrail bir ildir həyata keçirdiyi və hazırda da davam edən bu soyqırım üçün gec-tez soyqırıma görə bədəl ödəyəcək. Bəşəriyyətin ümumi aliyansının Hitleri dayandırdığı kimi, Netanyahu və onun qətl şəbəkəsi də eyni şəkildə dayandırılacaq”, – Ərdoğan sosial şəbəkədə yazır.
Bununla yanaşı, Türkiyə prezidenti beynəlxalq sistemin Qəzza və Livanda münaqişəni dayandıra bilməməsi ilə bağlı uğursuzluğunu tənqid edir.
“İsrailin uzunmüddətli soyqırım, işğal və işğalçılıq siyasətinə indi son qoyulmalıdır”, – deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.