Rəcəb Tayyib Ərdoğan - Qəzzanın yenidən qurulması asan iş deyil, Allahın iradəsi ilə, biz hamımız birlikdə bu addımı atacağıq, xüsusən də Fars Körfəzi ölkələri ilə birgə
İsraili sanksiyalar və silah satışının dayandırılması ilə öz vədlərini yerinə yetirməyə məcbur etmək lazımdır, biz bu istiqamətdə addımlar atırıq və bunu etməyə davam edəcəyik, – bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidentinin sözlərinə görə, Qəzza İslam aləmi üçün bir sınaqdır və, inşallah, bu sınaqdan uğurla keçəcək.
“Qəzzanın yenidən qurulması asan iş deyil. İnşallah, biz hamımız birlikdə bu addımı atacağıq, xüsusilə də Fars körfəzi ölkələri ilə birgə,” – Ərdoğan qeyd edib.
Ərdoğanın bildirdiyinə görə, o, Qatar və Oman ilə Eurofighter təyyarələrinin alınması barədə danışıb və qeyd edib ki, çoxlu texniki detalları əhatə edən danışıqlar “müsbət şəkildə davam edir”.