Rəcəb Tayyib Ərdoğan Vladimer Putinlə görüşmək üçün Soçiyə səfər edib
Rəcəb Tayyib Ərdoğan Vladimer Putinlə görüşmək üçün Soçiyə səfər edib

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rus həmkarı Vladimer Putinlə görüşmək üçün Soçiyə birgünlük səfər edib.

Türk mətbuatı tərəfindən yayılmış məlumatda, ikitərəfli görüş zamanı liderlərin regional və beynəlxalq məsələləri, ikitərəfli əlaqələri müzakirə edəcəyi, həmçinin nümayəndə heyətləri arasında keçiriləcək görüşə qatılacaqları deyilir.

Müzakirə olunacaq mövzular arasında Ukraynada davam edən müharibə, Suriya böhranı və taxıl ixracı məsələsi olacaq. Bu, son iki həftə ərzində prezidentlər arasında ikinci görüşdür.