Türkiyə prezidenti ilə Böyük Britaniyanın baş naziri bir-biri ilə görüşdülər. Görüş Türkiyədə baş tutdu. Söhbətdə Türkiyəyə 40 ədəd “Typhoon” tipli qırıcı təyyarəsinin satışı məsələsi müzakirə olundu.
Mənbələrdən birinin məlumatına görə, Türkiyə əvvəlcə Qətər və Oman tərəfindən istifadə olunmuş 12 “Typhoon” təyyarəsi alacaq, sonrakı illərdə isə əlavə 28 yeni “Typhoon” təyyarəsi alınacaq. Bu, Kir Starmerin Türkiyəyə ilk rəsmi səfəridir.
“Reuters”in yazdığına görə, səfərin məqsədi NATO müttəfiqləri arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsidir, Türkiyə isə bu müasir qırıcılardan öz hava qüvvələrini gücləndirmək üçün istifadə etməyə çalışır.